Rusiyaya zərbə üçün istifadə olunan dronlar bu ölkədə yerləşdirildi

Rusiyaya zərbə üçün istifadə olunan dronlar bu ölkədə yerləşdirildi

Böyük Britaniya əvvəllər Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələr endirmək üçün istifadə etdiyi “Nyan” pilotsuz uçuş aparatlarını Estoniyada yerləşdirib.

Bu barədə “Postimees” nəşri məlumat yayıb.

Bildirilib ki, Estoniyanın Tapa şəhərində yerləşən Britaniya hərbi bölməsi uçuş məsafəsi 250 kilometrdən çox olan “Nyan” dronlarını silahlanmasına qəbul edib. Bu sistemlərin müttəfiqlərin uzaqmənzilli zərbələr endirmək imkanlarını artırdığı bildirilir.

Dronların bu ilin yazında Estoniyaya gətirildiyi və artıq hərbi təlimlərdə istifadə olunduğu qeyd edilir.

Xatırladaq ki, Ukrayna avqust ayında Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ilk dəfə Britaniya istehsalı olan “Nyan” dronlarından istifadə edib. İngiltərənin Uiltşir qraflığında yerləşən “Callen-Lenz” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarına hücumlarda tətbiq olunduğu bildirilir.

Müəllif: Roza

Mənbə: publika.az