İlon Mask "Tesla" və "SpaceX" şirkətlərinin birləşdirilməsi idiyasını açıq şəkildə dəstəkləyib.
Bu barədə UNİAN nəşri yazıb.
Milyarderin sözlərinə görə, bu sövdələşmə baş tutarsa, onun bazar dəyəri 3,5 trilyon dollar olacaq və ən böyük birləşmə kimi tarixin yaddaşında qalacaq.
"SpaceX" analitikləri ilə danışarkən Mask bunun yaxşı fikir olduğunu bildirib. Artıq hər iki şirkətdə bu imkanı araşdırmaq üçün xüsusi komitələr yaradılıb.
Ancaq yekun qərar aksiyaçılara bağlı olacaq və "Tesla" səhmdarlarının ən azı 50%-nin dəstəyi tələb olunacaq.
Mənbə: bizim.media