GTA VI-nı dünyada ilk onlar oynadılar

GTA VI-nı dünyada ilk onlar oynadılar

Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi “Grand Theft Auto VI” (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib.

“Rockstar Games” oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq təqdim edir.

Belə ki, GTA VI noyabrın 19-da hər regionun yerli vaxtı ilə saat 00:00-da “PlayStation 5” və “Xbox Series X|S” platformalarında əlçatan olacaq. Saat qurşağı fərqinə görə Yeni Zelandiya sakinləri dünyada GTA VI-nı ilk oynayanlar olublar.

Bildirilir ki, digər ölkələrdəki “Xbox” istifadəçiləri konsollarının regionunu Yeni Zelandiyaya dəyişməklə oyuna daha erkən giriş əldə edə bilərlər.

Hazırda “YouTube”, “Twitch” və “Kick” platformalarında oyunçular GTA VI-nın canlı yayımlarını həyata keçirirlər.

Qeyd edək ki, seriyanın əvvəlki hissəsi GTA V 2013-cü ildə satışa çıxarılıb.

Mənbə: qafqazinfo.az