Çinin mərkəzi hissəsində, Hunan əyalətinin paytaxtı Çanşa şəhərində qanadları olmayan uçan avtomobil prototipi ilk uçuşunu həyata keçirib.
Avtomobilə qaldırıcı qüvvəni qanadlar deyil, korpusun içərisinə yerləşdirilmiş ventilyatorlar verir.
“Bu qanadsız uçan avtomobil gülməli görünə bilər, lakin onun yaradılmasının arxasında ciddi texnologiyalar dayanır”, – deyə nəşrdə qeyd olunub.
Agentliyin məlumatına görə, sınaqlar artıq keçirilib. Aparat havada saatda 150 kilometr sürət yığa bilir. Yolda isə onun maksimal sürəti saatda 80 kilometr təşkil edir. Uçuş məsafəsi 300 kilometrə çatır.
Məlumatda avtomobili hazırlayan şirkətin adı və gələcək sınaqlarla bağlı təfərrüatlar açıqlanmayıb.
Mənbə: bizim.media