“WhatsApp”da yeni funksiya istifadəyə verildi

“WhatsApp”da yeni funksiya istifadəyə verildi

“WhatsApp” mesencerində istifadəçilərə dinlənildikdən sonra söhbətdən silinəcək səsli mesajlar göndərməyə imkan verən funksiya istifadəyə verilib.

Bu barədə “Meta” korporasiyası məlumat yayıb.

“Bu gün biz məmnuniyyətlə elan edirik ki, indi siz dinlədikdən sonra yox olacaq səsli mesajlar göndərə bilərsiniz”, - deyə “Meta” saytında qeyd məlumat verilib.

Qeyd olunur ki, birdəfəlik oxuma funksiyası olan səsli mesajlar “birdəfəlik” işarəsi ilə işarələnib və yalnız bir dəfə oxuna bilər.

 

Mənbə: oxu.az