Yaraların sağalmasına kömək edəcək robot yaradıldı

Yaraların sağalmasına kömək edəcək robot yaradıldı

Alimlər yaraların və zədələnmiş toxumaların sağalmasına kömək etdiyi güman edilən "antrobotlar" adlı canlı kiçik robotlar istehsal ediblər.

Tafts Universiteti və Harvard Universitetinin alimləri araşdırmalarında müxtəlif yaş və cinslərdə olan yetkin donorlardan alınan trakeal hüceyrələrdən istifadə ediblər.

Tədqiqatçılar yaraları və zədələnmiş toxumaları sağaltmağa kömək edə biləcəyi düşünülən bu hüceyrələrlə canlı kiçik robotlar yaratdılar.

Alimlərin bu işi əvvəllər istehsal etməyə müvəffəq olduqları "ksenobot" adlı ilk canlı robotlar üzərində qurulub.

Tədqiqatın müəlliflərindən biri olan Tufts Universitetinin fəlsəfə doktoru Gizem Gümüşkaya, tədqiqatda traxeya hüceyrələrinin hərəkəti təmin etmə qabiliyyəti və nisbətən asan əldə edildiyi üçün üstünlük verildiyini söyləyib:

"İlk 5 gündə heç bir şey olmadı, lakin biologiyanın adətən etdiyi kimi, yeddinci gündə sürətli bir keçid oldu".
Bu arada, "Antrobotlar" laboratoriya mühitində 60 günə qədər yaşaya bildilər.

Mənbə: publika.az