"Roll-Roys" şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni kabrioletini təqdim edib.
Söhbət şəxsi sifarişlə yaradılan "Arkadia Droptail" adlı avtomobildən gedir.
Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib. Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib, onun hazırlanmasına "Roll-Roys" əməkdaşları səkkiz min saatdan çox zaman zərf ediblər.
Avtomobilin dəyəri 30 milyon dollar təşkil edir.
Mənbə: axar.az