“Telegram” Ukraynaya məxsus hesablara qoyulan məhdudiyyətləri ARADAN QALDIRDI

“Telegram” Ukraynaya məxsus hesablara qoyulan məhdudiyyətləri

“Telegram” sosial şəbəkəsi Ukraynaya məxsus kanallara qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Söhbət xüsusilə Baş Kəşfiyyat İdarəsinin, Ukrayna Təhlükəsizlik Xidmətinin, eləcə də Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin hesablarından gedir.
Nəşr yazır ki, buna səbəb kanalların guya Rusiya qoşunlarının və obyektlərinin yeri barədə məlumat toplaması barədə yayılan informasiyalar olub.

Qeyd edək ki, “Telegram” Rusiya qoşunlarının və obyektlərinin yeri barədə məlumat toplayan Ukrayna kanallarını bloklamağa başlamışdı.

Mənbə: bizim.media