Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb

Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb

Antinarkotik təbliğatının mediada aparılması ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər planı hazırlanıb və icra edilir.

“Report” xəbər verir ki, bunu Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, narkotiklərlə mübarizədə medianın əsas rol oynadığını nəzərə alaraq Audiovizual Şura, MEDİA və televiziya rəhbərləri ilə görüş keçirilib:

“Görüşdə bildirilib ki, narkotiklərlə mübarizəyə dair hazırlanmış materiallar ötən il 29 min dəfə yayımlanıb”.

F.Şahverdiyevin sözlərinə görə, ötən il ərzində küçə və prospektlərdə, məktəblərdə maarifləndirici sosial lövhələr yerləşdirilib:

“Narkomanlığa qarşı mübarizədə səkkiz milyondan çox abunəçiyə SMS-bildiriş göndərilib”.

Mənbə: oxu.az