Tezliklə Aya və Marsa uçuşlara başlanılacaq

Tezliklə Aya və Marsa uçuşlara başlanılacaq

Tezliklə Aya, Marsa və Yerətrafı orbit istiqamətində uçuşlara başlanılacaq.

ABŞ-ın “SpaceX” kompaniyası sözügedən müraciətlərin qəbuluna start verib.

Uçuşlar iki kosmik gəmi “Dragon” və “Starship” vasitəsi ilə həyata keçiriləcək.

İlk təyinat nöqtəsi Yerətrafı orbit olmalıdır. İki nəfərdən dörd nəfərədək sərnişinlə uçuş 3 yaxud 6 gün davam edəcək.
Aya missiyanın vaxtı isə hələ müəyyən edilməyib. Səfər 12 turistlə 7 gün davam edəcək. Kosmik turların qiyməti hələ ki, məlum deyil.

Bizim.Media

Mənbə: bizim.media