Aİ “Telegram”a nəzarət etməyə hazırlaşır - SƏBƏB

Aİ “Telegram”a nəzarət etməyə hazırlaşır -

Avropa İttifaqı (Aİ) “Telegram” messencerinə nəzarət etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə Belçikanın “De Standaard” nəşri yazıb.

Belə ki, Telegram terrorçu qruplar üçün narkotik, silah və rabitə vasitələrinin satışı üçün platforma təmin etməkdə ittiham olunur. Onlar Avropa Rəqəmsal Xidmətlər Aktında nəzərdə tutulan qaydalar əsasında messencerə nəzarət etməyi planlaşdırırlar.

Bildirilib ki, Belçika Poçt və Kommunikasiya İnstitutu messencerə nəzarət funksiyasını öz üzərinə götürə bilər.

Mənbə: bizim.media