Türkiyə təyyarələrindən PKK-ya zərbə: ölənlər var

Türkiyə təyyarələrindən PKK-ya zərbə: ölənlər var

Türkiyə hərbi hava qüvvələri İraqın şimalında əməliyyat keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hakurk və Qara bölgələrində keçirilən əməliyyat nəticəsində 9 terrorçu məhv edilib.

Əməliyyatın qətiyyətlə davam etdiriləcəyi bildirilib.

Mənbə: axar.az