Bu türk ölkəsi Rusiyadan S-300 aldı

Bu türk ölkəsi Rusiyadan S-300 aldı

Qırğızıstan Rusiyadan S-300 zenit-raket kompleksləri alıb.

Axar.az xəbər verir ki, bunu Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov deyib.

O, Qırğızıstan tərəfinin ümumilikdə neçə kompleks əldə etdiyini açıqlamayıb.

Xatırladaq ki, hava hücumundan müdafiə sistemlərinin tədarükü 2021-ci ildə Qırğızıstan Prezidenti Sadır Japarovun Rusiyaya səfəri zamanı razılaşdırılıb.

Mənbə: axar.az