Tiktok Finlandiyada 1 milyard avro dəyərində məlumat mərkəzi tikməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın iqtisadiyyat naziri Ville Ryudman deyib.
“Tiktok niyyətini bildirmək üçün bazar ertəsi mənimlə əlaqə saxladı. Bu mənim üçün tamamilə sürpriz oldu”, - Ryudman bildirib.
Nazir eyni zamanda qeyd edib ki, ölkədə Tiktokun təhlükəsizliyi ilə bağlı qanuni narahatlıqlar var.
Mənbə: axar.az