ABŞ və bir sıra Avropa ölkələrinin əhalisi yaxın 5-10 il ərzində Üçüncü Dünya müharibəsinin başlaya biləcəyinə inanır.
Bu barədə "YouGov" sorğu keçirib.
Nəticələrə görə, Fransa sakinlərinin ümumilikdə 55%-i belə bir münaqişənin ehtimalına çox inanır. Bununla yanaşı, İspaniya vətəndaşlarının 50, İtaliya əhalisinin 46 və amerikalıların 45 faizi də eyni fikirdədir.
Britaniya və Almaniyada respondentlərin 41%-i Üçüncü Dünya müharibəsinin başlanması ehtimalının olduğunu bildirib. Bu ölkələrdə bunu mümkünsüz hesab edənlərin nisbəti daha yüksəkdir - müvafiq olaraq 42 və 43 faiz.
Qeyd edilir ki, araşdırma nəticəsində məlum olub ki, insanların əksəriyyəti (68%-dən 76%-ə qədər) nüvə silahının yeni münaqişədə istifadə oluna biləcəyini deyib və ölkə əhalisinin 57%-dən 73%-ə qədəri də münaqişə nəticəsində insan itkilərinin sayının 1943-cü ildən 1945-ci ilə qədər olan dövrlə müqayisədə daha çox olacağını düşünür.
Sorğu aprelin 3-dən 16-dək aparılıb. Tədqiqatda neçə nəfərin iştirak etdiyi barədə məlumat yoxdur.
Adəm
Mənbə: publika.az