Avropa İttifaqına üzv ölkələr bu gün ərzində Rusiyaya qarşı yeni 17-ci sanksiyalar paketinin məzmununa dair ilkin razılığa gəlməyi planlaşdırır.
Bu barədə məlumatı “ Bloomberg” agentliyi yayıb.
Yeni sanksiyalar paketi Rusiyanın təqribən 60 şirkət və vətəndaşının, eləcə də 150 tankerinin “qara siyahı”ya salınmasını nəzərdə tutur.
Yeni məhdudiyyətlərin mayın 20-də təsdiq ediləcəyi gözlənilir.
Mənbə: qafqazinfo.az