"SpaceX" yeni silahlar istehsal edəcək? - Maskdan AÇIQLAMA

"SpaceX" yeni silahlar istehsal edəcək? -

""SpaceX" silahlı pilotsuz uçan aparatlar və digər silahlar hazırlamağı planlaşdırmır, çünki bu, onun missiyasına ziddir".

Bunu irkətin təsisçisi İlon Mask deyib.

O vurğulayıb ki, "SpaceX" kosmosa buraxılışlarda liderdir. Mask vurğulayıb ki, şirkət pilotsuz təyyarələr istehsal etmir, raketlər, peyklər və internet terminalları qurur.

Maskın sözlərinə görə, "SpaceX" tez-tez silah hazırlamaq üçün müraciətlər alır, lakin onları həmişə rədd edir.

Bundan əvvəl sahibkar "SpaceX"in "Starbase" adlanan Texas bazasının rəsmən şəhər kimi tanındığını açıqlamışdı.

Hüseyn İbadlı

Mənbə: publika.az