ABŞ-ın kosmik agentliyi olan NASA-nın astronavtı Nikol Ayers nadir atmosfer hadisəsini lentə alıb.
Publika.az xəbər verir ki, o, fotonu "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
"Sadəcə möhtəşəm! Bu səhər Meksika və ABŞ üzərindən uçarkən bu spraytı tutdum", - deyə o yazıb.
Ayersin fikrincə, belə hadisələrə ildırımların çaxması zamanı güclü elektrik aktivliyi səbəb olur və spraytların fotoşəkilləri alimlərə bu fenomenin mahiyyətini anlamağa kömək edir.
Göyərtəsində Ayersin olduğu "SpaceX"in "Crew Dragon" kosmik gəmisi martın ortalarında Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb. Floridadakı Kennedi Kosmik Mərkəzindən "Falcon 9" raketinin buraxılışı planlaşdırıldığı kimi davam edib. Ayersdən əlavə, "Crew Dragon" ekipajında rus kosmonavt Kirill Peskov, amerikalı astronavt Enn Makkleyn və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən Takuya Onishi də var idi.
Hüseyn İbadlı
Mənbə: publika.az