Mask NASA ilə bağlı Trampdan nə istəyib?

Mask NASA ilə bağlı Trampdan nə istəyib?

"Milyarder İlon Mask yaxın dostunu ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinə (NASA) direktor təyin etməyimi istəyib".

Bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp qeyd edib ki, həmin şəxs çox yaxşı insandır, lakin “elit demokrat” olub və heç vaxt Respublikaçılar Partiyasına ianə verməyib. Tramp ehtimal edib ki, İlon Mask özü də belədir.

O həmçinin bildirib ki, İlonun kosmik sahədə çalışan yaxın dostunun NASA-ya rəhbərlik etməsini, xüsusilə də NASA-nın İlonun korporativ həyatında bu qədər önəmli rol oynadığı bir vaxtda, uyğun hesab etməyib.

Hüseyn İbadlı

Mənbə: publika.az