Britaniya XİN: İran nüvə materiallarının yeri barədə məlumat verməlidir

Britaniya XİN: İran nüvə materiallarının yeri barədə məlumat verməlidir

İran nüvə materiallarının yeri barədə məlumat verməlidir.

APA xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi hökumətin portalında bununla bağlı bəyanat dərc edib.

Nazirliyin sözlərinə görə, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən İranın Turquzabad və Vəramin bölgələri yaxınlığında aşkar edilmiş antropogen mənşəli uran hissəciklərinin mövcudluğu məsələsinə hələ də toxunmayıb.

Bəyanatda deyilir ki, Böyük Britaniya, Almaniya, ABŞ və Fransa İrandan nüvə materiallarının yeri barədə məlumat verməsini tələb ediblər.

Mənbə: apa.az