Daha bir supertanker ABŞ-ın blokadasını yardı

Daha bir supertanker ABŞ-ın blokadasını yardı

ABŞ sanksiyaları altında olan ikinci supertanker Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

Bu barədə “Reuters” agentliyi gəmiçilik monitorinq məlumatlarına istinadən məlumat verib.

“Kpler”in məlumatına görə, çərşənbə günü iki milyon barelə qədər neft daşıya bilən boş “RHN VLCC” supertankeri boğazdan keçib. Onun sonrakı marşrutu hələ müəyyən edilməyib.

Daha əvvəl İran mediası ABŞ sanksiyaları altında olan başqa bir supertankerin elan edilmiş məhdudiyyətlərə baxmayaraq İranın “İmam Xomeyni” limanına getdiyini bildirmişdi.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı heç bir tankerin elan edilmiş blokadanı yarmağa müvəffəq olmadığını bildirir.

Müəllif: Tural

Mənbə: publika.az