Ukrayna Rusiyanın iki neft tankerini vurdu - Video

Ukrayna Rusiyanın iki neft tankerini vurdu - Video

Ukrayna Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerini vurub.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb.

O bildirib ki, həmin gəmilər neft daşınmasında aktiv istifadə edilib.

“Döyüşçülərimiz Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyaların tətbiqini davam etdirirlər - Novorossiysk limanının giriş akvatoriyasında bu növ iki gəmi vurulub”, - deyə Zelenski əlavə edib.

Mənbə: qafqazinfo.az