WUF13-ə görə bu yollarda xüsusi avtobus zolaqları olacaq - Siyahı

WUF13-ə görə bu yollarda xüsusi avtobus zolaqları olacaq -

WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində avtobuslar üçün müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Həmin ərazilər aşağıdakılardır:

- Heydər Əliyev prospekti - Aeroport şosesi;

- Abbasqulu ağa Bakıxanov küçəsi;

- Mehdi Abbasov küçəsi;

- Mikayıl Əliyev küçəsi;

- Yusif Səfərov küçəsi;

- Mikayıl Müşfiq küçəsi.

Bildirilib ki, bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.

Mənbə: qafqazinfo.az