Rusiyada əcnəbilərin sayı 700 min nəfər azalıdı

Rusiyada əcnəbilərin sayı 700 min nəfər azalıdı

Rusiyada yaşayan əcnəbilərin sayı son bir ildə 700 min nəfər azalıb.

2026-cı ilin aprelində Rusiya ərazisində 6,1 milyon xarici ölkə vətəndaşı olub. Bir il əvvəl isə bu göstərici 6,8 milyon nəfər təşkil edirdi.

Məlumata görə, 2026-cı ilin birinci rübündə Rusiyaya 2,5 milyon əcnəbi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.


Ölkəyə gələnlərin təxminən 1,8 milyonu MDB ölkələrinin vətəndaşlarıdır.

Eyni zamanda, 2026-cı ilin birinci rübündə əcnəbilər tərəfindən 7,6 min cinayət törədilib.

Bildirilir ki, bu göstərici illik müqayisədə təxminən 39 faiz azalıb.

Mənbə: bizim.media