Belçikanın “Euroclear” depozitarı açıqlayıb ki, 2024-cü ildən bu yana Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya ümumilikdə 6,6 milyard avro vəsait köçürülüb.
Şirkətin yaydığı məlumatda növbəti tranşın — təxminən 1,4 milyard avro məbləğin 2026-cı ilin iyul ayında ödənilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Bildirilib ki, ayrılan vəsaitlər Avropa Fonduna transfer olunub.
Mənbə: az.trend.az