Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ

Bayrama görə pensiyalar tez veriləcək?   - RƏSMİ

Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mayın 27-28-i Qurban bayramı günləridir və hər ay pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi ayın 27-dək olan dövrdə artıq yekunlaşmış olduğu bildirilib.
Beləliklə, sosial ödənişlərin verilməsi ilə bağlı əlavə dəyişiklik və ya öncədən ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır

Mənbə: www.bakupost.az