Bu gün ABŞ və Çin liderləri arasında keçirilən görüşdə Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi barədə razılıq əldə olunub.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, tərəflər İranla bağlı gərginlik fonunda boğazın qlobal ticarət üçün açıq qalmasının strateji əhəmiyyətini müzakirə ediblər.
Çin lideri Si Cinpin görüşdən sonra Pekinin Hörmüz boğazından istifadə üçün rüsumların tətbiqinə qarşı olduğunu deyib.
Ağ Evin rəsmiləri isə Si Cinpinin İranla münaqişənin sona çatmasına dair konkret öhdəlik götürüb-götürmədiyini qeyd etməyib.
Müəllif: Roza
Mənbə: publika.az