BƏƏ-dən Hörmüz boğazı ilə bağlı mühüm addım

BƏƏ-dən Hörmüz boğazı ilə bağlı mühüm addım

İran-ABŞ-İsrail gərginliyi fonunda Hörmüz boğazında mümkün risklərə qarşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni enerji planını gündəmə gətirib.

, BƏƏ prezidenti Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan ölkənin neft ixrac imkanlarını gücləndirəcək Qərb-Şərq boru kəməri layihəsinin sürətləndirilməsi barədə göstəriş verib.

Layihə hazırda tikilməkdə olan və 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Habşan-Fuceyra boru xəttini əhatə edir. Bu kəmər Hörmüz boğazını tamamilə yan keçərək neftin Oman körfəzi sahilindəki Fuceyra limanına təhlükəsiz daşınmasını təmin edəcək.

Bildirilir ki, boru xəttinin illik ötürmə gücü 1,5-1,8 milyon barel olsa da, hazırda real istifadə təxminən 700 min barel səviyyəsindədir.

Layihənin tamamlanması ilə BƏƏ-nin ixrac gücünün ikiqat artması və Hörmüzdən asılılığın əhəmiyyətli dərəcədə azalması gözlənilir.

Müəllif: Roza

Mənbə: publika.az