"Bakı ilə Tbilisi arasında sərnişin qatarlarının hərəkətinin bərpası Gürcüstanın iqtisadi inkişafına töhfə verəcək".
Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, reyslərin həyata keçirilməsi qarşılıqlı turist axınlarını artıracaq və xalqlar arasında əlaqələrin inkişafına xidmət edəcək.
Mənbə: apa.az