Üç kəndin sakinlərinin NƏZƏRİNƏ - Qaz olmayacaq

Üç kəndin sakinlərinin NƏZƏRİNƏ -

Sabah Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Lənkəranın Sınovli və Osaküçə kəndlərinin tam olaraq, Vilvan kəndinin isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.


Qeyd olunub ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

Mənbə: bizim.media