Tayvan hökuməti xarici turistləri cəlb etmək üçün yeni təşviq proqramına start verir.
Ölkəyə səfər edən qonaqlara 250 dollara qədər maliyyə dəstəyi təqdim olunacaq.
Tayvanın Turizm Departamenti daimi xarici turistlər üçün 8 min yeni Tayvan dollarına ( 253 dollar) qədər təşviq ödənişi nəzərdə tutan proqram elan edib.
Məlumata görə, güzəştlər bütün xarici turistlərə şamil ediləcək. Bundan əlavə, adaya dost və ya ailə üzvlərini də gətirən turistlər əlavə 3 min yeni Tayvan dolları əldə edəcəklər.
Statistikaya əsasən, Tayvanda turizm axını artmaqda davam edir. Bu ilin ilk rübündə adanı 3 milyon xarici turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Tayvana ən çox səfər edənlər isə yapon turistlərdir. Təkcə 2025-ci ildə adaya 1,48 milyon yaponiyalı səfər edib. (Musavat.com)
Mənbə: bizim.media