Bazarlarda alıcılara 11-12 manata dondurulmuş quzu əti təklif olunur.
Bu barədə Azərbaycan Televiziyasının (AzTV) videomaterialında deyilir:
Satıcılar bildirirlər ki, bu ət Monqolustandan gəlir. Alıcıların bəziləri bu əti alsalar da, digərləri yerli məhsullara üstünlük verirlər.
Qida üzrə ekspert Seymur Qafarov qeyd edir ki, dondurulmuş əti keyfiyyətsiz hesab etmək düzgün deyil:
"Bu tip ətlər sadəcə zaman olaraq daha uzun müddət saxlanılmaq üçün nəzərdə tutulur".
Mənbə: publika.az