Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində (Lökbatan qəsəbəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verilib.
Qeyd edilib ki, 10 iyul 2026-cı il saat 22:00-dan 11 iyul 2026-cı il saat 07:00-dək; 11 iyul 2026-cı il saat 22:00-dan 12 iyul 2026-cı il saat 07:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri xahiş olunub.
Mənbə: unikal.az