Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqəmsal həlləri tətbiq edəcək.

Oxu.az-a istinadla xəbər verilir ki, bununla bağlı müvafiq prosedura start verilib.

Layihə çərçivəsində üztanıma texnologiyasına əsaslanan davamiyyətə nəzarət sistemi, işə qəbul portalı, "MetroStar", "Bakı Metropoliteni" QSC-də SOS çağırış panellərinin yenilənməsi və mərkəzləşdirilmiş idarəetmə sistemi, qatarların hərəkət qrafikinin idarəetmə platformasının tətbiq olunması, həmçinin digər xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sözügedən layihənin həyata keçirilməsinə ilkin ehtimal olunan məbləğ 5 milyon 237 min 738 manat planlaşdırılır.

Mənbə: publika.az