Avropa İttifaqında satılmayan geyim və ayaqqabıların məhv edilməsi qadağan olundu

Avropa İttifaqında satılmayan geyim və ayaqqabıların məhv edilməsi qadağan olundu

Avropa İttifaqında iri şirkətlərə satılmayan və alıcılar tərəfindən geri qaytarılan geyim və ayaqqabıların məhv edilməsi qadağan edilib.

Bizim.Media xəbər verir ki, iyulun 19-dan qüvvəyə minən yeni qaydalara əsasən, bu məhsullar utilizasiya olunmaq əvəzinə yenidən istifadəyə verilməli, xeyriyyə təşkilatlarına bağışlanmalı və ya təkrar emala göndərilməlidir.

Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, qitədə hər il 600 min tona qədər istifadə olunmamış tekstil tullantıya çevrilir. Tekstil məmulatlarının utilizasiyası isə ildə təxminən 5,6 milyon ton CO₂ emissiyasına səbəb olur ki, bu da 2–3 milyon avtomobilin illik emissiyasına bərabərdir.


Mütəxəssislər hesab edirlər ki, yeni qadağa endirim mağazalarında və ikinci əl satış platformalarında məhsul çeşidinin artmasına da müsbət təsir göstərəcək.

Bizim.Media

Mənbə: bizim.media