Bu müəssisələrin ştat vahidləri təsdiqləndi

Bu müəssisələrin ştat vahidləri təsdiqləndi

İşğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib.

Bununla bağlı baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, işğaldan azad edilmiş 1 inzibati ərazi vahidi üzrə (Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi istisna olmaqla) bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri, eləcə də işğaldan azad edilmiş 3 inzibati ərazi vahidi üzrə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib.

Mənbə: qafqazinfo.az