“Bu addım atılsa, hər kəs avtobuslara yönələcək” - Nazir müavini

“Bu addım atılsa, hər kəs avtobuslara yönələcək” -

“Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur”.

Oxu.az-a istinadən xəbər verilir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş görüşdə deyib.

Onun sözlərinə görə, bu variant məqsədəuyğun hesab edilmir.

“Çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq”, - deyə R.Hümmətov bildirib.

Mənbə: qafqazinfo.az