Bu ilin iyulun 1-i tarixinə ölkədə qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Qeyd olunur ki, ilin əvvəli ilə müqayisədə işsiz şəxslərin sayı 3.6% artaraq 248.5 min nəfər olub.
Vurğulanır ki, real sektorun monitorinqi çərçivəsində aparılan sorğu nəticələrinə əsasən, iyun ayında məşğulluq gözləntiləri üzrə göstəricilər plastik məmulatlar istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı kimi qeyri-neft-qaz istehsalı sahələrində yüksəkdir.
Mənbə: oxu.az