Bu ayın sonunda Rusiya paytaxtında şəhər infrastrukturuna aid obyektlərin patrulunu apara biləcək və qayda pozuntularını qeydə ala bilən robot itlər sınaqdan keçiriləcək.
Bu barədə "RİA Novosti" məlumat yayıb. Nəşr Moskva İnnovasiya Klasterinə istinad edib.
Qurumdan bildirilib ki, bununla bağlı sistem artıq "Skolkovo"dakı Robot Test Mərkəzində və "RANXiQC" Prezident Akademiyasında sınaqdan keçirilib.
"Burada əsas açar rolunu oynayan xüsusiyyət robot itlərin əsasən avtonom şəkildə işləməsidir. Buna görə də, robotun daimi əl ilə idarə olunması tələb olunmur", - klasterdən bildirilib.
Onlar əlavə ediblər ki, robot itləri sınaqdan keçirmək üçün yollarda xüsusi maneə zolağı yaradılacaq. Bu, yeni ağıllı cihazların hərəkətliliyini, sabitliyini və izdihamlı ərazilərdə hərəkət etmək qabiliyyətini sınaqdan keçirməyə kömək edəcək. Robot itlər xüsusi görmə və süni intellekt texnologiyalarından istifadə edərək hərəkət edirlər. Əməliyyat zamanı hər hansı bir problem yaranarsa, operatora məlumat ötürülür. Onlar real vaxt rejimində robotun sisteminə qoşula və cihazı əl ilə idarə etməyə başlaya bilərlər.
Müəllif: Tural
Mənbə: publika.az