Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük - Fotolar

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük -

Avqustun 20-si Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

AZƏRTAC-a istinadən xəbər verilir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 44 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, bu günə kimi Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.








Mənbə: qafqazinfo.az