Qandinin əlyazmaları rekord qiymətə satıldı - FOTO

Qandinin əlyazmaları rekord qiymətə satıldı - FOTO

Hindistanın müstəqillik hərəkatının lideri Mahatma Qandinin nadir əlyazmalarından ibarət kolleksiya hərracda 1,69 milyon dollara satılıb.

Bu barədə BBC məlumat yayıb.

Mumbayda keçirilən hərracda Qandinin 1944-1946-cı illərdə yazdığı 688 əlyazma təqdim olunub. Yazılarda həqiqət, zorakılığa qarşı mübarizə və özünə nəzarət kimi mövzular yer alıb.

Kolleksiya Qandinin yaxın silahdaşı və Hindistanın müstəqillik mübarizəsinin iştirakçısı Anand T. Hingoraninin ailəsinə məxsus olub. Qeyd olunur ki, satış hərracda indiyədək satılan ən bahalı Hindistan tarixi sənədi üzrə rekord müəyyən edib.

Əlyazmaların alıcısının adı açıqlanmayıb. Kolleksiyanın Hindistanda qalacağı bildirilib.

Mənbə: publika.az