Ən yüksək sosial yardımı onlar alır - Siyahı

Ən yüksək sosial yardımı onlar alır - Siyahı

2026-cı il iyulun 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği açıqlanıb.

Rayon və şəhərlər arasında ən yüksək göstərici Ağdərə rayonunda qeydə alınıb.

Burada bir nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 112,45 manat təşkil edib.

Rayon/şəhər üzrə 1 nəfərə düşən orta aylıq məbləğ

Ağdərə rayonu – 112,45 manat

Astara rayonu – 100,82 manat

Ağcabədi rayonu – 100,49 manat

Quba rayonu – 100,47 manat

Ucar rayonu – 100,06 manat

Masallı rayonu – 99,93 manat

Göyçay rayonu – 99,70 manat

Sabirabad rayonu – 99,66 manat

Şəki şəhəri – 99,65 manat

Cəlilabad rayonu – 99,36 manat

Mənbə: publika.az