Çinin tənzimləyici şirkətləri 11 elektromobil istehsalçısına təxminən 3 milyon nəqliyyat vasitəsini əhatə edən görünməmiş geriçağırış tədbirləri aparmağı əmr edib. Bu şirkətlərə məşhur "Tesla" və "Xiaomi" də daxildir.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Çinin Dövlət Bazar Tənzimləmə İdarəsinin məlumatına görə, avtomobillərin belə kütləvi şəkildə geri çağırılmasına səbəb qəza zamanı qapının açılmasına aid sistemlərdəki qüsurlar olub.
Qeyd edək ki, "recall" adlanan bu proses avtomobil istehsalçısının istehsal xətası və ya təhlükəsizlik problemi üzündən maşınları pulsuz təmir üçün servisə geri çağırmasıdır.
Mənbə: publika.az