Gözü yüksəklərdə olan sinif...

Gözü yüksəklərdə olan sinif...

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 11a sinfi 2025–2026-cı tədris ili üzrə qəbul nəticələri ilə diqqət çəkib.

Bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, sinfin 17 məzunu 500-dən yüksək, 13 məzunu isə 600-dən yüksək bal toplayıb.

Onlardan 13-ü Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olub.

Sinfin ən yüksək nəticəsini Tağızadə Samir Hikmət göstərib. O, qəbul imtahanında maksimal nəticə olan 700 bal toplayıb.

Yüksək nəticə göstərən məzunlar arasında Mursaquliyeva İnci Rəsul – 690,2, Fərhadova Aysel Elnur – 682,6, Nağıyev Hüseyn Samir – 682, Tahirzadə Amin Pərviz – 679,1 və Səfizadə Rüqiyyəxanım Fərid – 675,4 bal nəticə göstəriblər.

Ümumilikdə 11a sinfinin 17 məzunu 500-dən yüksək bal toplayıb. Onlardan 12 nəfərin 600-dən yüksək nəticə göstərməsi sinfin yüksək hazırlıq səviyyəsini nümayiş etdirib.

Sinfin uğurları qəbul imtahanları ilə də məhdudlaşmayıb. Əliyev İlham Ramil, Tağızadə Hüseyn Qasım və Tarverdi Davud Mahmud fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə müsabiqədənkənar qəbul hüququ qazanıblar.

Mənbə: qafqazinfo.az