Qazax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli və Qaymaqlı kəndlərinin qaz təchizatı dayandırılacaq.
Mənbə: oxu.az