Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

Daha bir ölkə Rusiyaya uçuşları dayandırdı

“Air Tanzania” aviaşirkəti sentyabrın 4-dən Tanzaniyanın Dar əs-Salam şəhəri ilə Moskva arasında uçuşları müvəqqəti dayandırıb.

Bu barədə aviaşirkət məlumat yayıb.

“Qərar sözügedən marşrut üzrə uçuşların həyata keçirilməsi şəraitində planlı risk qiymətləndirməsindən sonra qəbul edilib.

Aviadaşıyıcı vəziyyəti izləməyə davam edəcək və müvafiq qiymətləndirmədən sonra reyslərin bərpa edilməsi barədə açıqlama verəcək”, - məlumatda deyilib.

Mənbə: bizim.media