Yeni tədris ilində neçə nəfər təhsil alacaq?

Yeni tədris ilində neçə nəfər təhsil alacaq?

“2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, onların 124 mini birinci sinifdə təhsilə başlayacaq: “Təhsil alanların 1,6 milyonu ümumi təhsil müəssisələrində, 260 min nəfəri ali məktəblərdə, 226 min nəfər isə məktəbəqədər təhsil müəssisələrində oxuyacaqlar”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az