Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq

Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq

“Tədrisi digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” fənninin həftəlik saatı artırılır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda tədrisi digər dillərdə aparılan siniflərdə 150 min şagird təhsil alır:

“2021-ci ildən etibarən Azərbaycan dili fənninin I–IX siniflərdə həftəlik dərs yükü 22-dən 31 saata qədər artırılıb.

Yeni tədris ilindən etibarən isə ümumi dərs yükünün həftəlik 31 saatdan 42 saata çatdırılması nəzərdə tutulur”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az