TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün hər hansı ödəniş tələb olunmur.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilə bilər.

"Vətəndaşlardan qeyri-rəsmi platformalar və digər vasitələrdən istifadə etməmələri xahiş olunur", - məlumatda bildirilib.

Mənbə: bizim.media