"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 10-u və 11-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, oktyabrın 10-da və 11-də qatar saat 08:30-da Bakıdan Ağstafaya, saat 17:15-də isə Ağstafadan Bakıya yola düşəcək.
Eyni zamanda, sözügedən istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi cədvələ uyğun olaraq gündəlik müntəzəm reyslər təşkil edilir.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər.
Mənbə: publika.az